RU

Vacib iclasdan əvvəl bir salxım üzüm yeyin

Vacib

Üzümün qabığında antioksidantlar mövcuddur – bunlar orqanizmi zərərli radiasiyadan qoruyur və yaşlanma proseslərini yavaşladır.Əgər üzümü müntəzəm olaraq yeyirsinizsə, artıq bir neçə ay sonra üzünüzün rənginin yaxşılaşdığını və dərinizin daha möhkəm olduğunu görəcəksiniz. Tünd-qırmızı növləri seçməyə üstünlük verin – gənclik eliksiri məhz onlar ehtiva edir.Üzüm zehni fəaliyyəti stimullaşdırırVacib bir iclasdan əvvəl şokolad yerinə bir salxım üzüm yeyin. Çünki üzümün möhkəm olan hissəsi təbii olaraq asan həzm olunan karbohidrat – fruktoza ilə zəngindir. Karbohidratlar isə beyni enerji ilə təmin edir.Üzüm dərini və saçları qoruyurÜzüm şirəsi taninlər və meyvə turşuları ilə zəngindir və bu, yumşaq təmizləyici, qoruyucu və bərpaedici təsir göstərir. Şampununuzun içinə üzüm çəyirdəyi yağına bir neçə damcı əlavə edin – saçlarınız parlaq və ipək kimi olacaq. Əgər dəriniz quru və qıcıqlanmağa meyllidirsə, üzünüz üçün qidalandırıcı bir maska hazırlayın: 1 çay qaşığı kəsmik və balı qarışdırın, 2 çay qaşığı üzüm şirəsi əlavə edin, dəriyə tətbiq edin, 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Diqqət Çəkənlər

Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüş keçirib

İlham ƏIiyev Oljas Bektenovu qəbul edib

Közərmə lampalarına qadağa qoyulacaq

Избранный
27
ulusum.az

1Источники