Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger bu il "Liverpul"un misirli ulduzu Məhəmməd Salahdan başqa, "Qızıl top"u qazanmağa daha iki real namizəd olduğunu deyib.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssisin sözlərini "beIN Sports" belə çatdırıb:
"Salahın əvəzinə "Qızıl top"a sahib çıxa biləcək başqa oyunçular da var. Bunlar Kilian Mbappe və Vonisius Juniordur. Hər ikisi real namizəddir".
Qeyd edək ki, cari mövsüm "Liverpul" forması ilə bütün turnirlərdə 39 matça çıxan Salah 30 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızılar"la müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat