Müğənni Roza Zərgərli tədbirlərə 15 min manata getdiyini açıqlayıb...
Poliqon xəbər verir ki, bu barədə “ATV”də yayımlanan “10lar” verilişində danışan müğənni tələb etdiyi fantastik rəqəmi belə izah edib:
“Ümumiyyətlə, 2019-cu ilə qədər tədbirlərə getmirdim. Ara-sıra bəzi dostlarımın təşkil etdikləri açılış mərasimlərinə təmənnasız gedirdim. Həmin vaxt həyat yoldaşım məclislərə qatılmağıma icazə vermirdi. Sonra həyatımda bəzi məqamlar dəyişdi. “İstədim” mahnısına qədər yarım saatlıq çıxışımızın qiyməti 5 min manat, bütöv tədbirin qiyməti isə 12 min manat idi. İndi 15 min manatdır. 3 min manat fərq böyük bir şey deyil. Statusu, sənəti məndən aşağı olanlar tədbirlərə 8-10 min manata gedirlər. Elələri var, bütün tədbiri fanaqramla yola verirlər, amma qiymətləri məndən qat-qat üstündür”.
Poliqon.info