RU

ABŞ ilə minerallar üzrə sazişin yekun variantı hazırdır - Volodimir Zelenski

Bakı. Trend:

Ukrayna ABŞ ilə minerallar üzrə saziş bağlamağa hazırdır.

Trend xəbərverir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BöyükBritaniyada ukraynalı və britaniyalı jurnalistlərə açıqlamasındabildirib.

“Minerallar üzrə saziş hazırdır. Sənədin yekun variantıhazırdır, nazirlər onu imzalaya bilərlər. Biz geri çəkilmirik.Bizim siyasət – məntiqli olmaqdan ibarətdir. Daha əvvəl nələrin başverməsindən asılı olmayaraq, biz konstruktiv yanaşmanı qoruyubsaxlayırıq. Bir halda ki, biz imzalanma ilə bağlı razılığagəlmişik, biz öz tərəfimizdən buna hazırıq”, - deyə o bildirib.

Zelenski ABŞ ilə konstruktiv münasibətlərin istənilən formatınaaçıq olduğunu vurğulayıb.

“Bunların hamısı bizdə və əldə olunan nəticəni qoruyub saxlamağagücümüz yetir. Biz buna ümid edirik. Masa üzərində duran saziş -bəli, tərəflər hazır olsalar, o imzalanacaq”, - deyə Ukraynaprezidenti bildirib.

Məqalədə:
Избранный
65
2
az.trend.az

3Источники