Fransa Liqa 1-də "Lion" "Brest"i qəbul edib. Meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatan oyunda gərgin anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə matçın baş hakimi Millot epizodda mümkün penaltini qiymətləndirmək üçün VAR-a gedib. Epizodu izlədikdən sonra ona sərt etiraz edən "Lion"un çalışdırıcısı Paulo Fonseskaya qırmızı vərəqə göstərib. Fonseska bundan sonra sərt şəkildə hakimin üzrinə gedib. Futbolçular mübahisəni sakitləşdiriblər.
"RMC Sport"un yaydığı məlumata görə, Pauloya 1 və ya 2 ay uzaqlaşdırma cəzası verilə bilər. Nəzərdə tutulan zaman 7 aya qədər uzana da bilər.