RU

BDYPİ-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakı. Trend:

Sinoptiklərin məlumatına görə martın 4-də dumanlı hava şəraitiilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin500-1000 metrədək məhdudlaşması gözlənilir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət YolPolisi İdarəsinin xəbərdarlığında qeyd edilib.

Bildirilir ki, dumanlı havada yollarda yaranan məhdudiyyətligörünmənin texniki nizamlama vasitələrinin və digər hərəkətiştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə dəbir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarındayolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruriehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğunseçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarınınsazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlikqaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Məqalədə:
Избранный
18
17
az.trend.az

10Источники