Son vaxtlar cəmiyyət arasında dərmanların təsirinin azaldığından narazılıq var. Şikayətçilər bildirirlər ki, ağrıkəcisilər ağrıya zəif təsir edir, qızdırma salan preparatlar demək olar ki, qızdırmanı aşağı salmır. Bəs nə üçün bəzi dərmanlar orqanizmə təsir etmir? Dərmanların təsiri nə üçün azalıb?
Mövzu ilə bağlı tibbi məsələr üzrə ekspert, həkim - terapevt Rasif Bağırov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, Avropa ölkələrində satılan dərmanlarla bizim ölkədə satılan dərmanların arasında xeyli fərqlər mövcuddur. Bizdəki dərmanlarla Avropadakı dərmanların təsiri də eyni deyil. Çünki o ölkələrdə dərman preparatlarının hazırlanması çox yüksək səviyyədədir. Əgər bizdə də dərmanlar o şəkildə hazırlanarsa o zaman dərman qiymətləri də indikindən daha çox olar. Buna görə də dərmanlar da hər bir ölkənin iqtisadi vəziyyətinə uyğun şəkildə ixrac edilir.
Ekspert onu da bildirib ki, Azərbaycana gələn dərmanlar Avropa və inkişaf etmiş müxtəlif ölkələrdəki dərmanlar kimi effektiv olmasa da o qədər də keyfiyyətsiz deyil. İlk növbədə dərmanların təyinatı düzgün olmalıdır. Əks halda isə dərmanların effekti də zəif olacaqdır. Sizin də qeyd etdiyiniz kimi bəzən insanlar ağrıkəsicilərin zəif olmasından şikayətlənirlər. Bəzi hallarda isə məsələ heç də elə olmur. Çünki dərmanların həkim tərəfindən düzgün təyinatı olmadıqda da dərmanın effektivliyi azalır.
Rasif Bağırov onu da diqqətə çatdırıb ki, misal üçün hər hansısa bir şəxsin əsəb sistemində güclü şəkildə gərginlik varsa həmin şəxsin əsəb sistemi normallaşdırılmayana kimi yazılan dərmanların da heç bir faydası olmayacaq. Bir çox hallarda insanlar həkim məsləhəti olmadan özbaşına apteklərdən dərmanlar əldə edirlər. Kimisi əsəbi olduğu üçün kimisi isə ciddi baş ağrılarına görə reseptsiz və müayinəsiz dərman alıb istifadə edir. Təbii ki, bu doğru deyil.
"Bir daha qeyd etmək istəyirəm ki, dərmanların düzgün təyinatı çox vacibdir. Təcrübədə dəfələrlə şahid olmuşuq ki, belə vəziyyətlərdə dərmanların effekti də olmur üstəlik müalicə yubanır. Lakin dərmanların ixtisaslı həkim tərəfindən dərmanların doğru təyinatı, təsir mexanizmi və verilmə vaxtı qaydalara uyğun təyin olunursa müsbət effekti də mümkün olur", - deyə Rasif Bağırov əlavə edib.
Bünyamin Bünyadzadə
Referans