RU

Masallıda şagirdlər erkən nikahın fəsadları barədə məlumatlandırılıb

Bakı, 3 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Masallı rayonunda "Ailə dəyərləri, erkən nikah, qohum evliliklərinin fəsadları" mövzusunda maarifləndirici görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonunda şəhid S.Hacıyev adına Viləş kənd tam orta məktəbdə keçirilən görüşdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbir ailə dəyərləri, erkən nikah, eləcə də qohum evliliklərinin fəsadları barədə uşaqların məlumatlılıq səviyyəsini artırmaq, həmçinin onların hüquqlarının müdafiəsi məsələlərinə diqqət çəkmək məqsədi daşıyıb.

Избранный
8
1
azertag.az

2Источники