Minifutbol üzrə Azərbaycan çempionatında final oyununun vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, həlledici qarşılaşma martın 11-də keçiriləcək.
Çempionluq uğrunda “Zirə” və “Birbaşa Bakı” komandaları mübarizə aparacaq. Bakı Tennis Akademiyasında təşkil olunacaq matç saat 21:00 da başlayacaq.
Qeyd edək ki, final matçı "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.