Joze Mourinyo "Fənərbağça"dan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, "Real Betis" təcrübəli mütəxəssisi komandanın "sükanı arxası"na gətirmək istəyir. Bu barədə "Calcio Mercato" məlumat yayıb.

Lakin portuqaliyalı çalışdırıcının keçidinin yüksək məbləğə başa gələcəyi üçün La Liqa klubunun planı baş tutmaya da bilər.

Qeyd edək ki, Mourinyo "sarı-lacivərtlilər"i indiyə qədər 42 oyunda meydana çıxarıb və 2.17 xal ortalamasına malikdir.