"WhatsApp" 10 martdan etibarən bəzi köhnə smartfon modellərində işləməyəcək. Səbəb isə yeni funksiyaların köhnə cihazlarda işləməsinin çətinliyidir.
Avtosfer.az xəbər verir ki, artıq fevralın 17-dən Android 4.4 KitKat və əvvəlki versiyalara dəstək dayandırılıb. Bundan əlavə, Samsung Galaxy S3, Note 2, Motorola Moto G (1-ci nəsil), HTC One X, LG Optimus G, Nexus 4 və bəzi Sony Xperia modellərində tətbiq işləməyəcək.
Mayın əvvəlində isə iPhone 6 və 6 Plus üçün dəstək kəsiləcək. Bu cihazlarda WhatsApp-dan istifadə üçün iOS 15.1 və ya daha yeni versiyaya keçmək lazımdır.