RU

Bolqarıstan və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək niyyətindədirlər - Səfir

Bakı. Trend:

Bolqarıstan və Azərbaycan regionda enerji təhlükəsizliyiningücləndirilməsinə yönəlmiş strateji enerji tərəfdaşlığınıdərinləşdirmək niyyətindədirlər.

Trend xəbər verir ki, bunu bugün Bolqarıstanın Bakıdakı səfiri Ruslan Stoyanov ölkənin MilliAzadlıq Gününə həsr olunmuş tədbirdə deyib.

Tədbirdə çıxış edən səfir, iki ölkə arasında enerji sahəsindəəməkdaşlığın qarşılıqlı əhəmiyyətini vurğulayıb.

"Uzunmüddətli sazişə əsasən, Azərbaycan hazırda Bolqarıstanınillik qaz istehlakının demək olar ki, yarısını təmin edir. Bizenerji sektorunda əlaqələrimizi daha da gücləndirməyə sadiqik", - odeyib.

Səfir həmçinin, Bolqarıstanın Xəzər regionundan Avropaya “yaşıl”enerjinin ötürülməsində əməkdaşlığa maraq göstərdiyini bildirib ki,bu da hər iki ölkənin davamlı inkişaf məqsədlərinə uyğundur.

"Enerji sahəsində əməkdaşlıq strateji tərəfdaşlığımızın təməldaşı olaraq qalır və biz bu sahədə əməkdaşlığımızı genişləndirməyisəbirsizliklə gözləyirik", - Stoyanov əlavə edib.

Избранный
87
34
az.trend.az

10Источники