Bakı. Trend:
Azərbaycanın Bolqarıstandakı Səfirliyində Azərbaycan diasporu vəsəfirlik əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsiniehtiramla yad ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, diasporüzvləri Sabir Quliyev və Nərgiz Əhmədova Xocalıda baş vermişfaciəli soyqırımı hadisələrini haqqında iştirakçıları ətraflıməlumatlandırıb.
Çıxışlarda Xocalının Ermənistanın işğalından azad olunduqdansonra Prezident İlham Əliyevin oraya səfərlərinə, sakinlərləgörüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat vəfəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarınaqayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğununtəmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsivə bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.
Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlıhazırladığı videoçarxlar nümayiş olunub.
Qeyd edilir ki, diaspor təşkilatlarının və fəallarının gördüyübu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərininbeynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqcafaydalıdır.