RU

Oruc tutan diabet və təzyiq xəstələri nələrə diqqət etməlidir?

Mütəxəssislər Ramazan ayında oruc tutan şəkərli diabet və yüksək təzyiq xəstələri üçün pəhriz, dərmanların vaxtı və dozası ilə bağlı kritik tövsiyələr veriblər.

News24.az bildirir ki, Endokrinologiya və Metabolizm kafedrasının professoru Prof. Dr. Ərtoğrul Taşan bu xəstələrin sahur və iftar zamanı nəzarətli qidalanmaya keçməli olduqlarını bildirib. Professor bildirib ki, sahurda mütləq şəkildə zülalla zəngin olan qidalar yeyilməlidir. Həm diabet xəstələri, həm də yüksək təzyiq xəstələri həddindən artıq duz qəbuluna, duzlu qidalara, hipertoniyaya meylli qidalara yol verməməlidirlər.

Oruc tutan xəstələrin həkim nəzarəti altında dərman cədvəllərində dəyişiklik etmələri lazım olduğunu vurğulayan Taşan qeyd edib ki, şəkər xəstəliyində dərmanı acqarına qəbul etmək lazımdırsa, sahurdan əvvəl qəbul etmək daha məqsədəuyğun görünür. 

Bəzi yüksək təsirli diabet dərmanlarının dozasının həkim nəzarəti altında tənzimlənə biləcəyini ifadə edən Taşan, "Ramazandan əvvəl gündə 3 həb qəbul etmək lazımdırsa, bunu 2-yə endirə bilərik."-deyə qeyd edib.

Zəhraxanım Şeydayeva



Избранный
19
news24.az

1Источники