RU

Gürcüstan MDB-nin daha bir sazişindən çıxıb

Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

Operativ Media xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.

Hökumət saytında dərc olunan sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Xatırladaq ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

Избранный
25
7
operativmedia.az

9Источники