Bu gün basketbol üzrə Azərbaycan çempionatında qrup mərhələsinin sonuncu, 4-cü dövrəsi start götürüb.
Offsideplus.az xəbər verir ki, XVI tur çərçivəsində bu gün 2 qarşılaşma keçirilib.
Hər iki görüş A qrupunda oynanılıb.
"Naxçıvan" son vaxtlar parlaq oyun nümayiş etdirən "Neftçi"yə böyük hesabla uduzub. Liderin büdrəməsindən yararlanan "Sabah" yenidən zirvəyə qayıdıb.
Azərbaycan çempionatı, XV tur
"Neftçi" - "Naxçıvan" 114:70 (26:15; 29:15; 35:20; 24:19)
Bakı İdman Sarayı
"Sərhədçi" - "Sabah" 73:89 (16:19; 21:22; 20:22; 16:26)
"Sərhədçi" İdman Mərkəzi
Turnir cədvəli:
A qrupu
1. "Sabah" 28 xal
2. "Naxçıvan" 27
3. "Neftçi" 24
4. "Sərhədçi" 22
5. "Abşeron" 21
6. NTD 19