Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
İnşaat mühəndisi
Son tarix 03 apr 2025 - [email protected]
Son müraciət tarixi: 15 mart, 2025-ci il
Şöbə: Ərazinin inkişafı və əmlakın idarə olunması
Vəzifə öhdəlikləri:
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Lira Sapr, Lira 9.6 proqramları ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Dövlət tikinti norma və qaydaları (AzDTN) yüksək səviyyədə;
- Tikinti sənədləri yüksək səviyyədə;
- Müvafiq sahə üzrə 5 (beş) il iş təcübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Proqram təminatı bilikləri yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
İş yeri: Şuşa şəhəri.
Əmək haqqı: yüksəkdir
Namizədlərdən öz CV-lərini Müraciət Et butonunda yerləşən mail ünvanına göndərmələri xahiş olunur.