RU

"Prada" "Versace"ni 1,5 milyard avroya satın alır

İtaliyanın lüks moda nəhəngi "Prada"nın "Capri Holdings"in bir hissəsi olan "Versace"ni təxminən 1,5 milyard avroya almaq üçün danışıqların son mərhələsinə çatdığı öyrənilib. Razılaşma əldə olunarsa, İtaliyanın iki ən prestijli moda markası bir "çətir" altında fəaliyyət göstərəcəklər.

Marja-nln məlumatına görə, "Bloomberg News" adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, "Prada" və "Capri" mart ayında "Versace" üçün müqavilə bağlaya bilər.

Xəbərlər "Capri" səhmlərinin bahalaşmasına səbəb olur

"Capri Holdings"in səhmləri "Prada"nın "Versace"ni təxminən 1,5 milyard avroya satın almağa yaxın olduğu xəbər ilə bu gün 9,6 faiz bahalaşıb.

"Capri Holdings" 2018-ci ildə "Versace"ni 1,83 milyard avroya alıb.

İtalyan şirkətinin sahibi Miuccia Prada keçən həftə bir neçə moda şirkətinin "Versace"ni almaqda maraqlı olduğunu bildirirb. 

Избранный
27
marja.az

1Источники