RU

"Qarabağ" "Sumqayıt"a qalib gəldi

"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.   Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb. Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Избранный
109
11
manset.az

10Источники