Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt” “Qarabağ”ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. O, bunları deyib: “Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. “Sumqayıt” komandasına uğurlar arzulayıram. Sona kimi mübarizə apardılar. Bu soyuq havada gələn azarkeşlərə təşəkkür edirəm”.

Daha sonra Qurbanov vaxtilə komandasında futbolçu olub, indi isə rəqib komandanın baş məşqçisi kimi qarşısına çıxan məşqçilər haqqında danışıb: “Onlara uğurlar arzulayıram.  Həmin məşqçiləri görəndə xatirələr yada düşür. Bütün futbolçular məşqçi olmur. Onlara uğurlar arzulayıram.