RU

“Qarabağ” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasının XXV turunda daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edib. 

Matçda qonaqlar qələbə qazanıblar - 2:0. Ağdam təmsilçisinin heyətində Kadi Borges və Leandro Andrade qolları vurub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.


Telegram kanalımız
Избранный
84
1
yenisabah.az

10Источники