“Hər kəsə ölkəmizin və bölgəmizin gələcəyində terrora yer olmadığını başa düşməyi və planlarını buna uyğun qurmağı tövsiyə edirik”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı bildirib.
Ərdoğan, həmçinin, etnik və dini məsələlərlə təxribat edərək Suriyanın qeyri-sabitliyindən istifadə etməyə çalışanların məqsədlərinə çata bilməyəcəklərini qeyd edib.