RU

Bundesliqa nəhəngindən ayrılacaq

“Bavariya” sağ cinah müdafiəçisi Saşa Boeyi satmağa hazırdır.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə 24 yaşlı fransalı futbolçuya müvafiq təklif gələrsə, yayda Münhen təmsilçisini tərk edəcək. Konrad Laymer və Yosip Stanişiç gələn mövsüm üçün sağ cinah müdafiəçisi kimi əsas seçimlər kimi sıralanıb.

“Bavariya” Boeyi keçən qış “Qalatasaray”dan 30 milyon avroya alıb. Futbolçu cari mövsüm 11 oyunda 1 məhsuldar ötürmə edib.

Избранный
37
futbolpress.az

1Источники