RU

Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı"  təsis etdi

Azərbaycan Türk Ocağı  müxtəlif ali məktəblərin jurnalistika fakültəsi tələbələri ücün  "Qənirə Paşayeva" mükafatı təsis edib.  

Bu barədə ,"Sherg.az" a  Azərbaycan Türk Ocağının sədri , Əməkdar jurnalist , tarix üzrə fəlsəfə doktoru  Akif Aşırlı məlumat verib. A.Aşırlı bildirib ki, təşkilatın İdarə Heyyəti üzvlərinin müzakirələrinin nəticəsində belə bir qərara qəbul edilib.  Qənirə Paşayevanın Türk Dünyasının birliyi  ücün gördüyü ən mühüm işləri , fədakarlığı , milli mətbuatımızın inkişafında  oynadığı rolu və 1918- 1920 - ci ildə fəaliyyət göstərmiş  Azərbaycan Türk Ocağının bərpasında iştirakı bu mükafatın təsisi üçün çiddi əsaslardır. 

A.Aşırlı bildirib ki,  Qənirə Paşayevanın həyatı, fəaliyyəti, Türk Dünyasının birliyi üçün apardığı  mücadilə , Vətən sevgisi gənçlər ücün bir örnəkdir.  Qeyd edək ki, diplom və puldan ibarət olacaq  mükafatın  hər il Qənirə Paşayevanın doğum günü ərəfəsində bir nəfər gənç qələm sahibinə, jurnalistika fakültəsi  tələbəsinə  verilməsi nəzərdə tutulur.

A.Aşırlı bildirib ki , yaxın günlərdə mükafatın təqdimatı olacaq. 

Избранный
91
sherg.az

1Источники