"Football-plus.az" "Bild"ə istinadla xəbər verir ki, Miroslv Kloze komandamının üzvü olan həmyerlimiz haqda xoş fikirlər səsləndirib:
"Mahirə qarşı heç vaxt kinim olmayıb. Onunla yenidən danışdım. Mənə özüylə bağlı maraqlı açıqlamalar verdi, vəziyyəti daha ətraflı danışdı. Belə hadisələrin yaşanması məni sevindirir. Mahir hər şeyi götür-qoy edib. Hiss olunur ki, çox düşünüb və yenidən "Nürnberq"in bir parçası olmaq qərarına gəlib. Onun məşqlərdə iştirak etməsi və çox çalışması xoşuma gəlir. Bununla özü haqda düşüncələrimin haqlı olduğunu sübut edir. Mahirdə nəzərəçarpan dəyişiklik görürük".
Beləliklə, artıq həmyerlimizlə bağlı bir çox məsələ aydındı. Onun adı martın 3-də "Hannover 96" ilə keçiriləcək oyunda "Nürnberq"in iştirak ərizəsində olacaq. Deməli, indi bir qədər rahat nəfəs ala bilərik. Adam bu dəfə pulu seçmədi.
KƏNAN BAHADIR