Viktor Osimhen yayda 75 milyon avroya “Mançester Yunayted”ə keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” “Napoli”yə nigeriyalı hücumçunu almağa hazır olduğunu bildirib.
Mançesterlilər yayda oyunçunun müqavilə alqı-satqısı seçimini aktivləşdirməyə hazırdırlar. Təklif olunan məbləğ 75 milyon avrodur.
Osimhen cari mövsümdə icarə əsasında “Qalatasaray”da çıxış edir. O, 27 oyunda 20 qol vurub və 5 məhsuldar ötürmə edib.