Bakı. Trend:
Bu gün Azərbaycanda Od çərşənbəsidir.
Trend-inməlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasındaÜskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamındanqaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovunüzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarıyandırırlar.
Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsindəmüqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdənmüqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdəntəmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanınyaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlımərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlımüxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqlabağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinəşənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımızböyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinənəğmələr söyləyərdilər.