Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turuna yekun vurulmalı idi.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir oyunun keçirilməsi planlaşdırılmışdı.
Turun qapanış matçında “Vilyarreal” doğma meydanda “Espanyol”u qəbul edəcəkdi. Lakin bu qarşılaşma baş tutmayıb. Buna sözügedən bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb göstərilib. Qarşılaşmanın dəqiq nə vaxt keçiriləcəyi də hələlik bəlli deyil. Məsələ burasındadır ki, sinoptiklər havaların hələ daha bir neçə gün belə keçəcəyini bildiriblər.
Xatırladaq ki, “Vilyarreal” – “Espanyol” oyununa Bakı vaxtı ilə saat 00:00-da start verilməli idi.
La Liqada 26 turdan sonra 57 xalı olan “Barselona” vahid liderdir. “Atletiko” 56 xalla ikinci, “Real” 54 xalla üçüncüdür. “Atletik” 48, “Vilyarreal” 44, “Betis” 38, “Rayo Valyekano” və “Malyorka” 36, “Real Sosyedad” 34 xal toplayıb.
İspaniya, La Liqa
26-cı tur
28 fevral
Valyadolid – Las Palmas 1:1
Qollar: Latasa, 63 – Ramires, 22.
1 mart
Jirona – Selta 2:2
Qollar: Siqankov, 21. Herrera, 68 – Losada, 36. M.Alonso, 51-pen.
Rayo Valyekano – Sevilya 1:1
Qollar: Ratiu, 55 – Lukebakio, 81.
Betis – Real 2:1
Qollar: C.Kardozo, 34. İsko, 54-pen – B.Dias, 10.
Atletiko – Atletik 1:0
Qol: X.Alvares, 66.
2 mart
Leqanes – Xetafe 1:0
Qol: D.Qarsiya, 90+2.
Barselona – Real Sosyedad 4:0
Qollar: X.Martin, 25. Kasado, 29. Arauxo, 56. Levandovski, 60.
Malyorka – Alaves 1:1
Qollar: Asano, 9 – K.Qarsiya, 68.
Osasuna – Valensiya 3:3
Qollar: Oros, 26; 39. Budimir, 45-pen – D.Lopes, 14. U.Sadiq, 32; 87.
3 mart
00:00. Vilyarreal – Espanyol matçı baş tutmayıb