RU

Pekin: ABŞ-a qarşı cavab tədbirləri görüləcək

Çin Xalq Respublikası Vaşinqtonun Çin mallarına rüsumları artırmasına cavab olaraq öz hüquq və maraqlarını qorumaq üçün cavab tədbirləri görəcək...

Poliqon bildirir ki, TASS agentliyi bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verib.

Sənəddə qeyd edilib ki, Pekin kəskin narazılığını və kəskin etirazını bildirir. Eyni zamanda Pekin öz hüquq və maraqlarını qəti şəkildə qorumaq üçün cavab tədbirləri görəcək.

Agentlik vurğulayıb ki, ABŞ-ın birtərəfli tarifləri Dünya Ticarət Təşkilatının qaydalarını pozur və çoxtərəfli ticarət sisteminə zərbə vurur. Bununla Vaşinqton nəinki problemlərini həll etməyəcək, həm də Çin və ABŞ arasında ticarət-iqtisadi əməkdaşlığa, eləcə də normal beynəlxalq ticarət nizamına xələl gətirəcək.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники