Oruro şəhərindən hərəkət edən sərnişin avtobusu Potosi və Oruro bölgələrini birləşdirən magistral yolda mikroavtobusla toqquşub.
"Operativ Media" xəbər verir ki, bu haqda Potosi rayon prokuroru Qonzalo Aparisio mətbuata açıqlamasında bildirib.
Qəzada ilkin məlumatlara görə 25 nəfərin həyatını itirdiyini, bəzilərinin ağır olmaqla 26 nəfərin də yaralandığını bildirən Aparisio, "Təəssüf ki, çox sayda insan həyatını itirdi. Çətin ərazi şərtləri səbəbiylə xilasetmə işləri kompleks şəkildə aparılır" deyə bildirib.
Regional Polis Komandanlığının sözçüsü Limberth Choque də qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.
Yanğınsöndürənlər və polis qəza yerində axtarış-xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, martın 1-də Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 37 nəfər ölmüş, 30 nəfər yaralanmışdı.