RU

Suriyada yeni konstitusiyaya hazırlıq gedir

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaradılıb.

İki sahil” “CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyətinin virtual media hesablarında məlumat verilib.

“Suriya xalqının qanunun aliliyinə əsaslanan dövlət qurmaq istəyinə və Suriya Milli Dialoq Konfransının nəticələrinə əsaslanaraq, prezident keçid prosesini tənzimləyəcək konstitusiya bəyannaməsi layihəsini hazırlamaq üçün ekspertlər komitəsinin yaradılması haqqında fərman verib”, - deyə məlumatda bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
40
ikisahil.az

1Источники