RU

Avropa nəhəngləri "Real"ın istədiyi futbolçu üçün hərəkətə keçdi

"Arsenal", "Mançester Siti" və İtaliyanın "İnter" klubu "Komo"nun futbolçusu Niko Pasla maraqlanır. Metbuat.az xəbər verir ki, oyunçu London təmsilçisinin əsas transfer hədəflərindən biridir. Ötən mövsüm "Real Madrid" komandasından ayrılan argentinalı yarımmüdafiəçi aparıcı klubların diqqət mərkəzindədir. Lakin "Kral klubu"nun onu 2025-ci ildə 8, 2026-cı ildə 9 milyon avroya almaq hüququna malik olması işləri çətinləşdirir. "Real"ın futbolçunu geri qaytarmaq istədiyi bildirilir.

Qeyd edək ki, Niko Pas cari mövsüm "Komo"nun heyətində 25 matçda 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
13
2
metbuat.az

3Источники