Bakı. Trend:
Ucar rayonunun Küçəkənd kəndində ümumi sahəsi 360 m² olanbirmərtəbəli uşaq bağçasının yanar konstruksiyaları yanıb.
Trend xəbər verir ki, bu barədə FövqəladəHallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizəolunub.
"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb"-deyə məlumatda qeyd edilib.