RU

Çin ABŞ-nin yeni rüsumlarına cavab tədbirləri görəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin, ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumlarına cavab olaraq, öz maraqlarını qorumaq üçün qarşı tədbirlər görəcəyini açıqlayıb. Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq olunan idxal rüsumlarını 10%-dən 20%-ə qaldırıb. O, bu qərarını Pekinin ABŞ-dəki narkotik ticarəti ilə mübarizədə yetərincə səy göstərməməsi ilə izah edib.

Çin hökuməti bu addıma sərt etiraz edərək, beynəlxalq ticarət normalarına zidd olduğunu və Pekinin öz hüquqlarını qorumaq üçün lazımi cavab verəcəyini bildirib. Çin Ticarət Nazirliyi qeyd edib ki, ölkə dünyada ən sərt narkotiklə mübarizə siyasətlərindən birinə malikdir və bu sahədə Vaşinqtonla yaxından əməkdaşlıq edib.

Nazirlik ABŞ-nin Çin məhsullarına təkrar-təkrar rüsumlar tətbiq etməsini beynəlxalq ticarət qaydalarına hörmətsizlik və təzyiq siyasətinin nümunəsi kimi qiymətləndirib.

Bundan əvvəl Kanada baş naziri Castin Trüdo ABŞ-nin Kanada mallarına tətbiq etdiyi 25%-lik rüsumlara qarşı cavab tədbirləri görəcəklərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники