Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb.
Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Son Yazılar:
- Səs yazısı yayılan direktor işdən çıxarıldı
- Avtomobildən keçmiş məhbusun meyiti tapıldı
- Nazirlik od çərşənbəsi ilə bağlı əhaliyə müraciət etdi
Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.