RU

"Lada" nadir Niva Travel modellərinin satışına başlayıb

Rusiyada "Lada"nın nadir nümunələri satışa çıxarılır.  Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, AvtoVAZ dilerlərində iki yeni rəngdə "Lada Niva Travel" yolsuzluq avtomobilləri görünməyə başlayıb. Avtograd-ın VKontakte sosial şəbəkəsindəki səhifəsində yazılıb ki, bəzi dilerlərdə “Platinum” və “Borneo” metal minalarla emal edilmiş “Lada Niva Travel” avtomobillərinin nadir nümunələrinin peyda olması gözlənilməz olub. 

Bundan əvvəl AvtoVAZ Lada Niva Travel yolsuzluq avtomobillərində yeni üçmilli sükan çarxının quraşdırılmasına başlanılmışdı.



Tural

Избранный
52
news365.az

1Источники