RU

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

"Operativ Media" xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik olunub.

Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.

Избранный
36
operativmedia.az

1Источники