Ötən gün Mingəçevirdə dəm qazından zəhərlənərək vəfat edən Gülnar Əlizadə müəllim imiş.
Pravda.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı onun çalışdığı Yevlax rayonunun Xaldan qəsəbəsinin tam orta məktəbinin feysbuk səhifəsində paylaşım edilib.
38 yaşlı Gülnar Əlizadə sözügedən məktəbdə tarix müəllimi işləyib.
Tarix: 4 Mart 2025, 10:35