ABŞ-nin vitse-prezidenti Cey-Di Vens xəbərdarlıq edib ki, Volodimir Zelenski sülh razılaşmasını müzakirə etməkdən imtina edərsə, Ağ Evə giriş imkanı itirəcək. Digər tərəfdən, Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya hərbçi göndərməyə və uçuşsuz zona yaratmaq üçün təyyarələr ayırmağa hazır olduğunu bildirib. O, bu missiyanın uğuru üçün Vaşinqtonun güclü dəstəyinin vacib olduğunu vurğulayıb.
Bağcı qeyd edib ki, Kiyev hərbi əməliyyatları davam etdirmək üçün kritik dərəcədə ABŞ-nin dəstəyindən asılıdır. Onun sözlərinə görə, Avropa ölkələri müəyyən dəstək göstərə bilər, lakin Ukrayna itirilmiş ərazilərini geri qaytara bilməyəcək. O, Almaniyada yeni hökumətin aprelə qədər formalaşacağını və onun Ukraynaya silah göndərmək imkanına malik olmayacağını da əlavə edib.
Ekspert vurğulayıb ki, Böyük Britaniya ABŞ-la açıq qarşıdurmaya getmir və əsasən Avropa ilə Vaşinqton arasında vasitəçi rolunda çıxış edir. Fransa isə nüvə arsenalını qorumağa çalışır. "Sonda bütün yollar ABŞ-yə aparır", - deyə Bağcı fikrini tamamlayıb.