RU

Çempionlar Liqası: İspaniyada Madrid derbisi, “Arsenal” Niderland səfərində

Bakı, 4 mart, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “Aston Villa” komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər 3 oyun isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Gecənin ən prinsipial matçı İspaniyada oynanılacaq. “Real Madrid” öz meydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkəcək.

Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-nin, Fransanın “Lill” komandası isə Almaniyada Dortmund “Borussiya”sının qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

4 mart

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə)

00:00. “Real Madrid” (İspaniya) - “Atletiko” (İspaniya)

00:00. PSV (Niderland) - “Arsenal” (İngiltərə)

00:00. “Borussiya Dortmund” (Almaniya) - “Lill” (Fransa)

Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı sabah keçiriləcək.

Избранный
100
6
azertag.az

10Источники