RU

MÜTDA: Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib    

Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib...

Poliqon xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 

Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Həmin müddətdən bu yana 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Poliqon.info

Избранный
32
5
poliqon.info

6Источники