RU

Hamilə və süd verən qadınlara oruc tutmaq olmaz - SN

Bakı. Trend:

Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Amma sağlamlığında eləproblemlər olan insanlar var ki, oruc tutmaq onların xəstəliyininağırlaşmasına səbəb ola bilər.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daqastroenteroloq Hicran Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, əslində, oruc tuta bilməyən insanlar bubaxımdan iki qrupa bölünə bilər:

“Birinci qrupa, ümumiyyətlə, əks göstəriş hesab olunur. İkinciqrup isə, oruc tutmağa başlayar, lakin gedişatdan asılı olaraq vəhəkim məsləhəti ilə orucu pozmağa məcbur olarlar. Xüsusilə,insulindən asılı olan şəkər xəstələri üçün oruc tutmaq risklidir.Onlarda qəfildən qanda şəkərin miqdarı qalxa bilər və ya əksinə,ona görə, orucu pozmağa məcbur ola bilərlər. Mədə xəstəlikləri,qanaxma ilə müşahidə olunan mədə yaraları olan insanlar daimdərman, qida qəbul etməlidirlər. Ona görə, belə xəstələrə oructutmaq məsləhət görülmür. Allergik xəstələr və fiziki cəhətdən çoxzəif insanlar üçün də oruc tutmaq risklidir. Əməliyyatdan çıxmış,yataq xəstəsi olan insanlara tamamilə əks göstərişdir”.

H.Qurbanova qeyd edib ki, hamilə və süd verən qadınlara oructutmaq olmaz:

“Hamilə qadınlar tam qidalanmayanda döl də qidalanmır. Bunagörə, onlar günboyu qidalanmalıdırlar. Süd verən analar, mədəxorası olanr, kəskin qastriti olan şəxslər, böyrək çatışmazlığındanəziyyət çəkənlər, 12 barmaq bağırsağ xorası olanlar, 1 tip diabetikxəstələr, xoralı kolit və Kron xəstəliyi, ürəyin işemik xəstəliyiolanlar, az yaşlı uşaqlar, psixoloji olaraq özünü narahat hiss edənşəxslərə də Ramazan ayı boyunca oruc tutmaq tövsiyə olunmur”.

Məqalədə:
Избранный
41
6
az.trend.az

7Источники