Məlumata görə, bu tariflər ABŞ-ın ümumi idxal və ixracına təxminən 2,2 trilyon dollar dəyərində təsir göstərə bilər. Tramp bu addımın əsas səbəbi kimi Kanada, Meksika və Çinin ABŞ-a fentanil tədarükünü dayandırmaq üçün kifayət qədər tədbir görmədiyini göstərib.
Kanadanın baş naziri Castin Trüdo Vaşinqtonun qərarına cavab olaraq ABŞ-dan idxal edilən məhsullara 25%-lik rüsum tətbiq olunacağını elan edib. Bu rüsumlar ABŞ mallarının 20,7 milyard dollar dəyərində olan hissəsini əhatə edəcək. Əgər tariflər qüvvədə qalmağa davam edərsə, əlavə 86,2 milyon dollar dəyərində məhsullara da tarif tətbiq olunacaq. Trüdonun sözlərinə görə, Kanadanın cavab tədbirləri əsasən ABŞ-dan gətirilən pivə, şərab, burbon, məişət texnikası və Floridada istehsal olunan portağal şirəsinə təsir edəcək.
Meksika prezidenti Klaudiya Şeynbaum isə ölkəsinin bu rüsumlara qarşı görəcəyi tədbirləri 4 mart tarixində keçirilməsi planlaşdırılan mətbuat konfransında açıqlayacağını bildirib.
Zeynəb Mustafazadə