RU

Millimizin heyətində dəyişiklik

AÇ-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə qarşılaşacaq millimizin təlim-məşq toplanışı davam edir.

"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik olunub.

Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.

Qeyd edək ki, Yunanıstan - Azərbaycan oyunu martın 11-də Afinada keçiriləcək.

Избранный
43
2
football-plus.az

3Источники