Bu gün Misli Premyer Liqasında XXV turun oyunları davam etdiriləcək. 

Offsideplus.az xəbər verir ki, günün, eləcə də turun mərkəzi görüşü Tovuzda baş tutacaq. Yerli "Turan Tovuz" "ilk üçlüy"ə düşmək üçün ən yaxın rəqiblərindən olan "Zirə"ni qəbul edir. Meydan sahibləri avrokuboklar uğrunda mübarizəni davam etdirmək üçün rəqiblərlə fərqin artmasına imkan verməməlidirlər.

"Zirə" isə turnir cədvəlindəki mövqeyini möhkəmləndirmək istəyir. Rəşad Sadıqovun yetirmələri gümüş medallara bir qədər yaxınlaşmaq mütləq qalib gəlməlidirlər.

Saat 17:30-da başlanacaq görüşün canlı nəticəsini saytımız vasitəsilə izləyə bilərsiniz.

“Turan Tovuz” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

Tovuz şəhər stadionu, 17:30