RU

Pakistan-Əfqanıstan sərhədində atışma: Ölən var

Pakistan və Əfqanıstan arasında fikir ayrılığı səbəbindən fevralın 21-dən bağlı olan “Torkham” sərhəd qapısında hərbçilər arasında toqquşma baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, şiddətli toqquşma nəticəsində bir “Taliban” üzvünün öldürüldüyü, iki nəfərin isə yaralandığı bildirilib.

Pakistan təhlükəsizlik rəsmiləri də toqquşmalarda Pakistan təhlükəsizlik qüvvələri arasında xəsarət alanların olduğunu bildirib. 

Xatırladaq ki, Pakistan və Əfqanıstan arasındakı “Torkham” sərhəd-keçid məntəqəsinə alternativ keçid məntəqəsinin tikintisi ilə bağlı fikir ayrılığına görə fevralın 21-də bağlanıb.

Minlərlə yük maşını sürücüsü sərhədin hər iki tərəfində qapalı qalıb.

Избранный
12
cebheinfo.az

1Источники