RU

Astarada 41 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Astara, 4 mart, İlkin Adıyev, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

10:35

Astarada bıçaqlanma hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1984-cü il təvəllüdlü Fərrux İlqar oğlu Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
22
2
azertag.az

10Источники