Bakıda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” mövzusunda tədbir keçirilir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, tədbiri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir açıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.