“Fənərbağça”nın 19 yaşlı müdafiəçisi Yusuf Akçiçək karyerasını ölkəxaricində davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu “Bayer”, “Bavariya ” və “Tottenhem” skautlarının diqqətindədir. Onlar Yusufu yaxından izləyirlər.
İstanbul təmsilçisinin Avropa Liqasında “Reyncers”lə qarşılaşmada bu klubların nümayəndələri futbolçunu stadionda canlı izləyəcək.
19 yaşlı müdafiəçi bu mövsüm 13 oyunda 2 qol vurub, 1 assist edib.