RU

“Fənərbağça”nın gənc futbolçusu Avropa klublarının diqqətində

“Fənərbağça”nın 19 yaşlı müdafiəçisi Yusuf Akçiçək karyerasını ölkəxaricində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu “Bayer”, “Bavariya ” və “Tottenhem” skautlarının diqqətindədir. Onlar Yusufu yaxından izləyirlər.

İstanbul təmsilçisinin Avropa Liqasında “Reyncers”lə qarşılaşmada bu klubların nümayəndələri futbolçunu stadionda canlı izləyəcək.

19 yaşlı müdafiəçi bu mövsüm 13 oyunda 2 qol vurub, 1 assist edib.

Избранный
38
idmanxeber.az

1Источники